Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Putinin həbsi barədə: “Aydındır ki, o, müharibə cinayətləri törədib”

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsinə dair qərarını “əsaslı” adlandırıb.

Pressklub.az xarici KİV-ə istinadla bildirir ki, Bayden deyib: "Aydındır ki, o, müharibə cinayətləri törədib".

Bayden xatırladıb ki, məhkəmənin yurisdiksiyası heç də bütün ölkələr, o cümlədən ABŞ-ın özü tərəfindən tanınmır, lakin orderin verilməsini “güclü mövqe” saymaq olar.