Bayden administrasiyası: Rusiyadakı hadisələrdə heç bir rolumuz yoxdur
27 İyun 2023
Bazar ertəsi Bayden administrasiyası qətiyyətlə bildirib ki, ötən həftə sonu Rusiyada Vaqner qrupunun qiyam cəhdində ABŞ və müttəfiqləri "heç bir rol oynamayıb", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verir.
Bazar ertəsi səhər prezident Co Bayden özü bildirib ki, son bir neçə gün ərzində onun səyləri Rusiya Putininin hadisələrdə ABŞ-ı və NATO üzrə müttəfiqlərini ittiham etmək üçün "heç bir əsası" olmamasına yönəlib.
"Biz açıq şəkildə bildirdik ki, rolumuz yoxdur", deyə Bayden Ağ Evdə bildirib. "Bizim bununla heç bir əlaqəmiz yox idi. Bu, Rusiya sistemi daxilindəki mübarizənin bir hissəsidir".
Öz növbəsində, Dövlət Departamenti bazar ertəsi Yevgeni Priqojinin ötən həftə sonu Rusiyada silahlı qiyam törətmək üçün motivləri ilə bağlı spekulyasiyadan çəkinib.
"Deyim ki, 1917-ci il kabusunu ABŞ hökumətindən kimsə deyil, Vladimir Putin oyandırıb", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın suallarına cavabda bildirib.
Şənbə günü Vaşinqton həm ABŞ səfiri Linn Treysi vasitəsilə, həm də digər səviyyələrdə Rusiya hökuməti ilə əlaqə saxlayıb. Treysi Rusiya rəsmilərinə bildirib ki, ABŞ Rusiyanın səfirliyin və diplomatların qorunması üzrə öhdəliklərini yerinə yetirəcəyinə ümid edir.
"Baş verənlərin son nəticəsinin nə olacağı aydın deyil", deyə Miller bildirib.
"Əlbəttə, prezident Putinin liderliyinə birbaşa meydan oxunduğunu görmək yeni xəbərdir", deyə Miller bildirib.
Nümayəndə həmçinin bildirib ki, ABŞ istərdi ki, Vaqnerin qrupu buraxılsın. "Aydındır ki, biz Vaqnerin buraxılmasını, onun Ukraynada və bütün dünyada həyata keçirdiyi fəaliyyətə isə son qoyulmasını istərdik", deyə o, əlavə edib.