"Bank Standard"ın əmanətçiləri Azərbaycan Mərkəzi Bankının qarşısında etiraz aksiyası keçiriblər
06 İyun 2023
2016-cı ildə ləğv edilmiş "Bank Standard"ın əmanətçiləri iyunun 6-da Azərbaycan Mərkəzi Bankının qarşısında etiraz aksiyası keçiriblər. Onlar əmanətlərinin qaytarılmasını tələb ediblər.
Etirazçıların 30 min manatdan artıq depozitləri olub. O vaxt 30 mindən çox əmanətlər sığortalanmamış sayılırdı.
“2016-cı ildən bizə deyirlər ki, sizi siyahıya almışıq, növbənizi gözləyin. 7 il keçib, növbəmiz çatmayıbsa, nə vaxt çatacaq? O vaxt məmurlara faizsiz kreditlər veriblər deyə banklar batıb. Bəs bizim pulumuz necə olacaq? Öz əmanətini ala bilməyib ölənlər də var", - aksiya iştirakçılarından biri deyib.
Etirazçıların nümayəndələri Mərkəzi Banka dəvət olunublar.
"Bank Standard" Qapalı Səhmdar Cəmiyyəti 2016-cı ilin sentyabrında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə lisenziyadan məhrum edilib.
"Bank Standard" ən böyük banklardan biri olub. Sığortalanmış əmanətləri (30 min manata qədər) olan əmanətçilərə vəsait qaytarılıb. Qalan kreditorlara bildirilib ki, vəsaitlət bankın aktivləri satıldıqdan sonra qaytarılacaq.