Bakının bu rayonunda yoxlamalar başladı - İcra başçısı işə çıxmır
20 Yanvar 2023
Qaradağ Rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır.
Aparılan yoxlamalar zamanı qurumun özündə və strukturlarında bir sıra nöqsanlar aşkarlanıb.
Əldə edilən digər məlumata görə, icra başçısı Süleyman Mikayılov yanvarın əvvəlindən işə çıxmır. Ehtimal edilir ki, başçı səhhəti əsas göstərilərək məzuniyyətə göndərilib.
İcra başçısının səlahiyyətləri isə birinci müavini Emil Abbasova həvalə edilib.
Süleyman Mikayılovun yaxın vaxtlarda vəzifəsindən azad olunması istisna edilmir.
Əldə etdiyimiz başqa məlumata görə, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçısının fəaliyyətindən narazı olduğu deyilir və dəfələrlə onun yaxın çevrəsində olan məmurlara töhmət verib.
Eldar Əzizov bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət ünvanlayıb.
Qeyd edək ki, bundan əvvəl Sumqayıt və Bərdə icra hakimiyyətlərində yoxlamaların aparılması barədə xəbərlər yayılıb. (“Qaynarinfo”)