Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda kişi küləyin aşırdığı hasarın altında qalaraq ölüb

Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov üzərinə hasarın aşması nəticəsində həyatını itirib.

Hadisə Xətai rayonu, Zeytun küçəsində baş verib.

Ümumilikdə güclü küləyə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış daxil olub.

Onlardan 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərin isə ölüm faktı qeydə alınıb.