Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda gül mağazasında yanğın olub, yaşayış evlərinə ziyan dəyib - VİDEO

Mayın 15-də axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerinə 8 yanğın avtomobili və 75 nəfər şəxsi heyət cəlb edilib.

Gecə saat 2 radələrində yanğın söndürülüb.

Həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib. Buna baxmayaraq, yaxınlıqdakı yaşayış evlərinə ziyan dəyib, xəsarət alan yoxdur.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.