Bakıda 300 milyard dollarlıq anlaşma
24 Noyabr 2024
COP29-da iştirak edən tərəflər iqlim maliyyəsi üzrə qərarı təsdiqləyib. Konfransın yekun iclasında qəbul olunan sənədə görə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ildə ayrılacaq 100 milyardın 2035-ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi nəzərdə tutulub.