Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub.

 Səhmdar cəmiyyətdən bildirilib ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib

***

12:40

"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.