Bahar Azərbaycana qədəm qoydu
21 Mart 2023
Azərbaycana yaz fəsli daxil olub.
Pressklub.az-ın məlumatına görə, bu il yaz fəsli ölkəyə 21 mart saat 01:24-də daxil olub.
Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayır.
Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. Yaz fəslini iyunun 21-i saat 18:57-də yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.