"Bağışlayın, Moskva erməni mərkəzidir, amma Ermənistanın paytaxtı deyil"
02 Fevral 2022
“Əgər biz bir vaxtlar qardaş Ukraynada Banderanın təriflənməsinə reaksiya veririksə, niyə burada susmalıyıq? Bundan əlavə, Moskvada Bandera və Şuxeviçə film-himnlər açıq şəkildə nümayiş etdirilmir. Bəli, bura erməni mərkəzidir, amma, bağışlayın, hələ də Rusiyanın paytaxtıdır, hələ Ermənistan deyil”. Bunu Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov Rusiya mətbuatına müsahibəsində deyib.
Xatırladaq ki, Rusiyada erməni faşisti ilə bağlı qalmaqal ötən həftə, yanvarın 28-də, Rusiya Erməniləri İttifaqının elan etdiyi Njde haqqında filmin Moskvada (Sovet Ordusu küçəsində) nümayiş olunduğu yerə polis gələndə və nümayişin təşkilini dayandıranda başlayıb.
“Bəli, Njde birmənalı fiqur deyil, bəli, o, erməni milli hərəkatının qəhrəmanıdır. Amma Bandera da “milli Ukrayna” uğrunda mübarizə aparıb. Yalnız o da, Njde kimi, bunun üçün Hitlerlə əlaqə yaradıb. Bu cür şəxsiyyətlərin tərənnümü sadəcə olaraq millətçiliyin ən pis formalarında canlanmasına gətirib çıxarır. Bunu etməyə Paşinyan deyil, Ermənistanın keçmiş rəhbəri Sarkisyan başlayıb - o, Moskvada da bunu fəal şəkildə təbliğ etməyə başlayıb. Təbii ki, demək olar ki, bu ermənilərin öz işidir - öz qəhrəmanlarını özləri seçə bilər. Lakin sonra sual yaranır: əgər siz bu qədər suveren, qürurlu və qüdrətlisinizsə, Rusiyadan nə istəyirsiniz?”, - Kalaşnikov deyib.