Azərbaycanda siyasi məhbusların sayı iki dəfə artıb - hüquq müdafiəçiləri
20 Aprel 2023
"Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı 182 addan ibarət siyasi məhbusların yeni siyahısını dərc edib.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.
Fevralda əvvəlki siyahı dərc edildikdən sonrakı dövr ərzində siyasi məhbusların sayı təxminən 2 dəfə artıb. Beləliklə, siyahıya 89 yeni ad əlavə olunub və onlar hamısı dindarlardır, deyə Həsənov bildirib.
Həbs edilənlər dini fəallar, "Müsəlman Birliyi" hərəkatının üzvləri və ilahiyyatçılardır.
Onların həbsi hakimiyyətyönlü KİV-lərdə bu insanların "İranın casus şəbəkəsinin üzvləri olduğu" haqqında təbliğat kampaniyası ilə müşaiyət olunub.
Bu insanların böyük əksəriyyətinə 234.4.3-cü maddə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülür, deyə Həsənov qeyd edib. Onun sözlərinə görə, həbslər İranla münasibətlərdə diplomatik gərginlik fonunda baş verir.
182 siyasi məhbus 7 qrupa ayrılıb:
"Jurnalistlər və blogerlər" - 6 nəfər;
"müxalif partiya və hərəkatların üzvləri" - 6 nəfər;
"Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" - 5 nəfər;
"dindarlar" - 118 nəfər;
"Tərtər işi üzrə həbs edilənlər" - 8 nəfər;
"Gəncə işi üzrə həbs edilənlər" - 26 nəfər;
"ömürlük məhbuslar" - 13 nəfər.
"Jurnalistlər və blogerlər" qrupuna Polad Aslanov, Abid Qafarov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev daxildir.
"Müxalif partiya və hərəkatların üzvləri" qrupuna Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov, Şahin Rzayev, Aqil Hümbətov və Əlizamin Salayev, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev və fəal Elçin Məmməd daxildir.
"Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" qrupunda Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurovun adları var.
"Dindarlar" qrupunda İslam Partiyasının keçmiş sədri İlham Əliyev, "Müsəlman Birliyi" hərəkatının lideri Taleh Bağırzadə və onun köməkçisi Abbas Hüseynov, ilahiyyatçı Sərdar Babayev və başqaları da daxil olmaqla, 118 nəfərin adı var.
"Gəncə işi üzrə həbs edilənlər" qrupuna 26 nəfər daxildir.
"Ömürlük məhbuslar" qrupunda 13 nəfərin adı var. Onlar arasında 6 nəfər 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin zabitləri, üç nəfər 1992-1993-cü illərdə Qarabağda döyüşmüş "Qaranquş" dəstəsinin keçmiş üzvü və beş nəfər keçmiş baş nazir Surət Hüseynovun işi üzrə həbs edilənlərdir.
1998-ci ildə ölüm cəzası ləğv edildikdən sonra parlamentin qərarı ilə ən sərt cəza tədbiri ömürlük həbslə əvəz olunub. Amma qanunun geriyə təsiri yoxdur. Buna görə onların ölüm cəzası həmin vaxt mövcud olan alternativ maksimum cəza - 15 il həbs cəzası ilə əvəz edilməli idi, hüquq müdafiəçiləri belə hesab edirlər.
"Tərtər işi"nin 19 fiqurantına bəraət verilməsinə baxmayaraq, bu iş üzrə daha 8 nəfər hələ həbsdədir.