Azərbaycan xilasediciləri 198 saat sonra iki nəfəri sağ çıxara biliblər - FOTOLAR
14 Fevral 2023
Qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı Türkiyəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları Kahramanmaraş şəhərində əməliyyatları davam etdirirlər.
Pressklub.az xəbər verir ki, Azərbaycanlı xilasedicilər səhər saatlarında 198 saatdan sonra Muhammet Enes və Abulbaki adlı 2 qardaşı dağıntılar altından sağ çıxara biliblər. Xilas edilən şəxslər aidiyyatı üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaşın xilas edilməsi ilə bağlı açıqlama yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".