Azərbaycan millisi üzərində qələbə sürpriz olmadı - Gürcüstanlı baş məşqçi
23 Yanvar 2022
"Hər kəsi təbrik edir, bu qələbənin xalqımızı necə sevindirdiyini bilirəm".
Bunu futzal üzrə Gürcüstan milli komandasının baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasını 3:2 hesabı ilə məğlub etdikləri D qrupunun ilk tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyundan öncə qələbəyə inandığını bildirib: "Dediyim kimi, ilk dəqiqələr çox vacib idi. Fasilə zamanı paltardəyişmə otağında ikinci hissədə nə etməli olduğumuz barədə danışdıq. Düşünürəm ki, bu uşaqlar qələbəyə layiq idilər və tarixi oyunda yığmaya ilk xalları qazandırdılar".
O, qalibiyyətin komandanı eyforiyaya salmamalı olduğunu söyləyib: "Növbəti oyunu düşünməliyik. Bosniya və Herseqovina ilə görüş asan olmayacaq. Fikrimcə, Azərbaycanla qarşılaşmanın mənzərəsi ilk dəqiqələr və buraxılan qollarla bağlı idi. Qələbəmiz böyük sürpriz olmadı. Biz bunu gözləyirdik və meydanda hər şeyi etdik. Çox güclü rəqiblə qarşılaşdıq və qələbə üçün əlimizdən gələni əsirgəmədik".
Qeyd edək ki, Azərbaycan millisi D qrupundakı ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.(Report)