Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan-Gürcüstan-Türkiyə: Xarici İşlər nazirləri Bakıda, Müdafiə nazirləri Tiflisdə

Martın 15- də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov, İlya Darçiaşvili və Hakan Fidanın üçtərəfli görüşü olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Bakı görüşü Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli iclası olacaq.

Görüşün gündəliyi açıqlanmır.

***

Tbilisidə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək.

Qeyd edilib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.