Avropa Məhkəməsi Azərbaycanla bağlı 79 qərar verib
25 Yanvar 2022
Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 79 qərar çıxarıb.
Bu barədə AİHM-in bu gün dərc olunmuş “2021-ci il üzrə fəaliyyətə baxış” hesabatında deyilir.
Məlumata görə, ötən il AİHM-ə Azərbaycanla bağlı 425 ərizə daxil olub. Bu ərizələrdən 298-i rədd edilib, 79 iş üzrə qərar çıxarılıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycanla bağlı 525 ərizə daxil olmuşdu. Onlardan 360-ı rədd edilib, 74-ü üzrə qərar qəbul edilmişdi.
2021-ci ildə 116 iş, 2020-ci ildə isə 159 iş Azərbaycan hökuməti ilə müzakirə mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. İlk iş 2006-cı ildə qəbul edilib.