Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ata vəsiyyətinə görə sənəti atan adam - Kinomuzun Sərvəri və Kamili

Dünən “O olmasın, bu olsun” filmindəki Sərvər roluyla yaddaşlara köçmüş Arif Teyyub oğlu Mirzəquliyevin anadan olduğu gün idi. Yaşasaydı 84 yaşı olacaqdı.

Arif Mirzəquliyev ixtisasca həm aktyor, həm də həkim olub. Milliyətcə ləzgi olan Arif ata vəsiyyəti ilə sənətini dəyişib. O, 1939-cu il iyunun 6-da Bakıda dünyaya gəlib. Əslən qusarlı idilər. Atası uzun illər Qusarda həkim işləyib. Oğlunu da həkim görmək istəyib. O qədər çox istəyib ki, Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda son kursda oxuyan oğluna həkim olmağı vəsiyyət edib, gözlərini əbədi yumub. Arif də onun arzusuna yerinə yetirib.

Azərbaycan Dövlət Tibb İnstutuna daxil olub və nevropatoloq ixtisasına yiyələnib. “Görüş” filmində Kamil roluna çəkiləndən sonra sənətindən uzaqlaşıb və ömrünün sonuna kimi həkim vəzifəsində çalışıb. Xanımı da özü kimi həkim olub. İki qız övladı yadigar qalan Arif Mirzəquliyev 1990-cı ildə ürəktutmasından vəfat edib. (Lent.az)