Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Arman Dikiy” Qazaxıstan təcridxanasından hara yoxa çıxıb?

Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinən “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.

“Sputnik Qazaxıstan” xəbər verir ki, bu barədə məlumatı Cumageldiyevin vəkilləri açıqlayıb.

Müdafiə tərəfləri “Arman Dikiy”in hara və hansı səbəbdən köçürüldüyünü bilmirlər.

Vəkil Talqat Esimovun sözlərinə görə, onlar A. Cumageldiyevlə bir gün əvvəl görüşüblər və o, ifadə verməyə hazırlaşıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da kriminal avtoritetin yoxa çıxması barədə heç bir məlumata sahib deyillər.

Xatırladaq ki, “Arman Dikiy” yanvarın 7-si Almatı şəhərində saxlanılıb. (Qafqazinfo)