Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ararat Mirzoyan zəlzələ bölgəsində erməni xilasedicilərlə görüşüb

Türkiyədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan zəlzələ bölgəsinə gedib.

Pressklub.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyan Adıyaman şəhərində olan erməni xilasedicilərlə görüşüb. Nazir xilasedicilərə çətin və məsuliyyətli işə görə təşəkkürünü bildirib.

Ermənistanın xilasedici dəstəsinin rəhbəri Vahe Gevorqyan bildirib ki, erməni xilasedicilərin gördüyü işdən hamı razıdır: “Hamı bizə yaxınlaşır, təşəkkür edir. Ermənistandan gəlməyimizə də təəccüblənirlər, bu halda təşəkkürlər ikiqat olur. Başqa dövlətlərin xilasediciləri ilə səmərəli işləyə bildiyimiz üçün demək olar ki, mükəmməl iş gördük”.

Dəstə rəhbəri bildirib ki, onlar dağıntılar altından həm sağ insanlar, həm də meyitlər çıxarıblar.