Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya öz nüvə enerjisindən tamamilə imtina edir

Aprelin 15-də Almaniya işləyən son üç - “İzar-2”, “Nekkarvesthaym-2” və “Emsland” Atom Elektrik Stansiyalarının fəaliyyətini dayandıracaq.

Pressklub.az xəbər verir ki, Almaniya 60 ildən artıq müddətdən sonra tarixi addım ataraq öz nüvə enerjisindən tamamilə imtina edəcək.

Hakimiyyət son atom elektrik stansiyalarını 2023-cü il yanvarın 1-nə qədər dayandırmağı planlaşdırırdı, lakin Ukraynadakı münaqişə və Rusiyadan enerji təchizatı ilə bağlı vəziyyət nəzərə alınaraq, istismar müddətini aprelin 15-dək uzatmaq qərara alınıb.

Almaniya hökuməti bu tarixdən sonra stansiyaların fəaliyyətini bir daha uzatmayacaq. Atom elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması barədə qərar hələ 2011-ci ildə o vaxt kansler postunu tutan Angela Merkelin dövründə Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra qəbul edilib.

Eyni zamanda, Almaniya 2023-cü ildə kömür və neft, 2024-cü ilə qədər qaz təchizatını əvəz etməyi planlaşdırır. Ölkə 2045-ci ilə qədər iqlim neytrallığına nail olmaq və tamamilə yaşıl enerjiyə keçmək istəyir.