Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alman kəşfiyyatı: Rusiya daha 1 milyon insanı səfərbər edə bilər

Rusiya Ukraynaya qarşı müharibəyə daha bir milyona qədər əsgər səfərbər edə bilər. Belə bir qiymətləndirmə ilə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal  Redaktionsnetzwerk Deutschland media qrupuna verdiyi müsahibəsində çıxış edib.

Pressklub.az xəbərinə görə, Kal deyib ki, 2022-ci ilin payızında 300 minə yaxın insan səfərbər edilib, onlardan bəziləri hələ də təlim keçir, bəziləri artıq döyüş meydanına göndərilib. "Əgər Kreml vacib saysa, Rusiyanın gələcək səfərbərlik potensialı bir milyon nəfərdir", - BND rəhbəri bildirib.

Almaniya kəşfiyyatının rəhbəri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin danışıqlara hazır deyil. Onun fikrincə, hələlik Putin döyüş meydanında qərar vermək və mümkün qədər çox üstünlük əldə etmək istəyir ki, gələcəkdə dünyaya öz şərtlərini diktə edə bilsin.

BND rəhbəri əlavə edib ki, müharibə bir çox aspektlərdə Moskvada, Kiyevdə və Qərbdə güman ediləndən fərqli olub. Onun sözlərinə görə, Rusiya əvvəlcə az sayda qüvvə ilə qonşu ölkə üzərində nəzarəti əldə edə biləcəyini günab edib. Lakin bu ssenari mümkün olmayıb və bu, Ukrayna tərəfinə əhəmiyyətli situasiya üstünlüyü verib.

Almaniya kəşfiyyatının rəhbəri bildirib ki, Ukrayna ordusu hələ də sayca üstün olan Rusiya qüvvələrinə qarşı effektiv müdafiə oluna bilir. Lakin uzunmüddətli perspektivdə Ukrayna tərəfinin uğuru Qərbin zəifləməyən dəstəyindən asılıdır. BND rəhbəri bildirib ki, Rusiya ordusunun əsas hədəfi olan Donbasa getdikcə daha çox rus əsgəri gəlir.