Alimlər: “Türkiyədə 6,8 bal maqnitudada yeni zəlzələ olacaq”
23 Aprel 2023
Fevralın 6-da Türkiyədə baş verən zəlzələləri tədqiq edən ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri bildiriblər ki, təkanlara səbəb olan qırılma xəttində sıxılma olub və bu, növbəti zəlzələyə səbəb ola bilər.
Bu barədə Pressklub.az “Haber Global”a istinadən xəbər verir.
Alimlər uzaqdan zondlama metodundan istifadə edərək yeraltı təkanları araşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, zəlzələlərə səbəb olan qırılma xəttinin bir hissəsi sıxılıb.
Alimlər bunun 6,8 maqnitudada zəlzələyə səbəb ola biləcəyini bildiriblər.
"Biz zəlzələnin vaxtını bilmirik, lakin bunun harada ola biləcəyini bilirik", - geofizik Silvain Barbot deyib: “Zənnimcə, növbəti zəlzələ daha çox sarsıntı yarada bilər, lakin əlavə araşdırma olmadan bu barədə dəqiq bilməyəcəyik”.
"Elə ərazi var ki, orada 6,8 maqnitudada zəlzələ proqnozlaşdıra bilərik. Əhali və alimlər buna hazır olmalıdır", - Barbot əlavə edib.
Qeyd edək fevralın 6-da Kahramanmaraş və Hatayda baş verən və 50 700-dən çox insanın ölümünə səbəb olub.