Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb

Çərşənbə axşamı Ağ Ev Azərbaycan və Ermənistanı "eskalasiyanı azaltmağa" çağırıb, Turan-ın Vaşinqton müxbiri xəbər verir.

"Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq... Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin  Administrasiyanın davam edən münaqişə ilə bağlı mövqeyi nədir  sualına cavabda deyib.

Eyni zamanda, o, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.

Kirbinin şərhləri dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarından sonra, iki ölkənin liderlərinə sülh danışıqlarının asanlaşdırılmasında ABŞ-ın dəstəyini təklif edəndən sonra verilib.

Öz növbəsində Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib ki, dövlət katibi ABŞ-ın münaqişənin həllinə sadiqliyini bir daha təsdiqləyib.

Turan-ın müxbirinin Blinkenin prezident Əliyevlə söhbəti zamanı insan haqları məsələsini qaldırıb-qaldırmadığı sualına Patel cavab verdi ki, o, danışıqların təfərrüatlarını bilmir, “amma insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdiR”, - deyə o bildirib.