Logo
news content
User
Kateqoriyalar

Xəbər

AFFA-nın yeni prezidenti seçilib

AFFA-nın yeni prezidenti müəyyənləşib.

Milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib.

Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib.

İclasda AFFA-nın yeni vitse-prezidentləri də müəyyənləşib.

Məlumata görə, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.