Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Britaniya təyyarələri yenidən Yəmən paytaxtını bombalayıblar

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib.

Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. "Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib.

Bayden jurnalistlərlə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.