Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya 500 milyonluq yeni yardım paketi ayırıb

ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

TASS xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilir.

Məlumata görə, yardıma “Patriot” hava hücumundan müdafiə sistemləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər daxildir.

Kiyevə, həmçinin “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları göndəriləcək.