ABŞ Rusiya aktivlərini Ukraynaya verməmək üçün Aİ-yə təzyiq edir
17 Dekabr 2025
ABŞ administrasiyası Avropa İttifaqı ölkələrinə təzyiq göstərir ki, onlar Rusiyanın dondurulmuş aktivlərindən 210 milyard avronu Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etmək planından imtina etsinlər.
Bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ məqsədinə çatmaq üçün dekabrın 18–də keçiriləcək vacib sammit ərəfəsində Aİ ölkələrinin liderlərinə qarşı böyük təzyiq göstərir.