Logo
news content
User
Kateqoriyalar

Xəbər

FIFA 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisini açıqlayıb

Fransanın PSJ klubunun futbolçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.

Onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa Kuboku və Superkubokunun, həmçinin Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. Usman Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.