ABŞ Laçında keçid-buraxılış məntəqəsi qoyulmasına “dərin narahatlıq” ifadə edib
24 Aprel 2023
Bazar günü Vaşinqton Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı “dərin narahatlığını” ifadə edib, Turanın amerikalı müxbiri xəbər verir.
Dövlət Departamenti bildirib ki, bu addım “sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır”.
“Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişi və ticarət olmalıdır.
Tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribat və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”, - deyə mətbuat katibinin müavini Vedan Patel bildirib.
ABŞ Bakı və İrəvanı təxribatlardan qaçmağa və sülh sazişi bağlamaq üçün səylərini artırmağa çağırıb.