Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Dövlət katibi Azərbaycanın missiyası barədə...

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyə səfərindn sonra Yunanıstana gedib və orada Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətindən danışıb.

Dövlət katibi Afinada yunan həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Yunanıstan-Bolqarıstan qaz kəmərinin işə salınması nəticəsində əvvəllər Rusiya qazından asılı olan Sofiya öz tələbatını Azərbaycan gələn qaz hesabına tam şəkildə ödəyə biləcək.

“Təbii ki, Yunanıstan mənbələrin şaxələndirilməsi və Rusiya qazından asılılığın azaldılması, eləcə də onun daha geniş Avropa enerji bazarına inteqrasiyasının dərinləşdirilməsinə kömək etməklə NATO-ya enerji təhlükəsizliyini gücləndirməkdə kömək edir, - Entoni Blinken bildirib. - Məsələn, Bolqarıstan təbii qaz təchizatında əvvəllər 90 faiz Rusiyadan asılı idi. Yunanıstanla yeni qurulmuş interkonnektor Bolqarıstana bu mənbədən imtina etməyə imkan verir. Nəticədə gələn il ölkə istehlak etdiyi qazın 100 faizini Azərbaycan və ABŞ-dan idxal edəcək”.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi uzun illərdir ki, Bolqarıstandakı rusiyapərəst qüvvələr tərəfindən ləngidilir. Amma ötən il ölkədəki qərbyönlü qüvvələrin koalisiyası boru kəmərinin tikintisini sürətləndirmək və Rusiya qazını kəsmək qərarına gəlib. Nəticədə Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci il oktyabrın 1-də istifadəyə verilib.