ABŞ Azərbaycan və Ermənistana üçtərəfli görüş təklifi göndərib
24 Fevral 2023
Dövlət Departamenti cümə axşamı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş formatını dəstəklədiyini təsdiqləyib, Turan-ın Vaşinqtondan müxbiri xəbər verir.
"Aİ prezidenti Mişeldən son həftələrdə gördüyümüz irəliləyişi davam etdirmək üçün tərəflərin Brüsseldəki görüşlərini davam etdirmək təklifi var", - sözçüsü Ned Prays cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Qarşıdakı görüşün təfərrüatları ilə bağlı TURANın sualını cavablandıran Prays deyib: “Başa düşdüyüm qədər, tərəflərə dəvət edilib. Son qərar bizim erməni və azərbaycanlı tərəfdaşlarımızın üzərinə düşür. Onlar belə bir görüşdə iştirakın mümkünlüyünü deməlidirlər”.
Eyni zamanda o, Q ərbin quya Rusiyanı danışıqlar prosesindən sıxışdırıb çıxarmaq istəməsi ilə bağlı tənqidini rədd edib. “Ümid edirik ki, son həftələrdə müşahidə etdiyimiz tərəqqi davam edəcək və biz bu problemin hərtərəfli həlli ilə bağlı danışıqlarda tərəfləri dəstəkləməyə hazırıq.
ABŞ-ın sülh prosesindəki roluna gəlincə, biz öz sözümüzlə və əməlimizlə aydın göstərmişik ki, biz Ermənistan və Azərbaycana istənilən yolla çox çətin məsələlərin həllinı tapmaqda kömək etmək istəyirik”, – Prays bildirib.
Laçın dəhlizi ilə bağlı sualı cavablandıran Prays bildirib ki, katib Blinken həftəsonu Münhendə tərəflərlə görüşdə bu mövzunu qaldırıb: “O, Laçın dəhlizi ilə açıq kommersiya və şəxsi tranzitin zəruriliyini vurğulayıb. O, həmçinin tərəfləri digər nəqliyyat marşrutlarını da açmağa çağırıb”.
“Biz hesab edirik ki, malların sərbəst hərəkəti üçün bu maneələri aradan qaldırmaq tərəflərin öz öhdəliyindədir, o cümlədən ən çox ehtiyacı olan insanlara humanitar yardım etmək, və bizim diplomatiyamız buna nail olmağa çalışır”, - deyə o, yekunlaşdırıb.