Logo
news content
User
Kateqoriyalar

Xəbər

426 faiz (!) inflyasiya - Rekrorduçu hansı ölkələrdir?

Tradingeconomics.com saytı inflyasiya reytinqi yayıb. 2023-cü ilin aprelinə aid reytinq Venesuelada qiymət artımını bir il öncənin eyni ayına nəzərən 426 faiz, Livanda 350 faiz, Argentinada 115 faiz, Zimbabvedə 102 faiz göstərir.

Hesabata görə, Surinamda 66,7 faiz, Misirdə 54,7 faiz, Ruandada 54,6 faiz, Syerra-Leonede 52,3 faiz, Laosda 52,2 faiz inflyasiya qeydə alınıb.

2023-cü ilin mayında İranda ötən ilin eyni ayı ilə müqayisədə 78,5 faiz, Türkiyədə 52,5 faiz bahalaşma rəsmiləşib.