30 kilometr sürət fərqi və... 121 min avro cərimə
06 İyun 2023
76 yaşlı finlandiyalı iş adamı Anders Viklef avtomobili ilə növbəti dəfə sürət həddini aşdığı üçün 121 min avro cərimələnib.
Bu barədə Viklef “Nya Aland”a müsahibəsində bildirib.
Viklef limitin saatda 50 kilometr olduğu ərazidə saatda 82 kilometr sürətlə hərəkət edib. Şənbə günü polis onu saxlayıb və cərimə yazıb, həmçinin 10 gün müddətinə avtomobili idarəetmə hüququndan məhrum edilib.
“Mən elə yavaşlamağa başlayırdım, lakin, görünür, yetərincə tez etməmişəm, ona görə də belə oldu. Baş verənlərə çox təəssüflənirəm”, - o qeyd edib.
Eyni zamanda o ümid edib ki, onun cəriməsi Finlandiyanın səhiyyə sistemini maliyyələşdirməyə kömək edəcək.