Logo
news content
User
Kateqoriyalar

Xəbər

178 saat sonra gələn xilas - VİDEO

Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliyyatları davam etdirilir.

Qaziantepdə Sibel Kaya adlı 40 yaşlı qadın zəlzələdən 170 saat sonra xilas edilib. O, beşmərtəbəli binanın uçması nəticəsində dağıntılar altında qalıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.

Hatayda isə Naide Umar adlı qadın 175 saat sonra dağıntılar altından sağ çıxarılıb. Bununla yanaşı, Hatayda adı açıqlanmayan daha bir nəfər 176 saat sonra xilas edilib.

Adıyamanda isə xilasedicilər Bünyamin İdacı adlı 35 yaşlı şəxsi 177 saat sonra dağıntılar altından sağ çıxara biliblər. Sözügedən şəhərdə eyni saatda bir ata və oğlu da xilas edilib. Eyni zamanda, Adıyamanda 6 yaşlı Miray da 178 saat sonra xilas olunub. Hazırda Mirayın böyük bacısının da xilas edilməsi ilə bağlı işlər davam etdirilir.

Hatayın Antakya bölgəsində də zəlzələdən 177 saat sonra 26 yaşlı Derya Akdoğan dağıntılar altından sağ olaraq çıxarılıb. Antakyada 70 yaşlı Nuray Gürbüz adlı qadın isə zəlzələdən 178 saat sonra xilas edilib.