Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda insident: Silahlı şəxslər polis bölməsinə hücum ediblər

Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər.

Hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.

İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralananlar var. Silahlı şəxslərin “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olduğu güman edilir.

Daha sonra Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.

TASS-ın məlumatına görə, binaya hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ermənistanın Daxili İşlər Nazirliyi insidentlə bağlı şərh verməyib.