Logo
news content
premium image
Kateqoriyalar

Araşdırma

“Fiquram pozulacaq” deyənlər...
Ana südünü süni qidalarla əvəzləmək zərərlidirmi?

“Uşağım ana südünü qəbul eləmir. Nə etsəm də,  xeyri yoxdur. Doğulanda mən uşağı görmədən həkimlər ona süni qida vermişdilər. Xəbərim olmadan belə şey etdiklərinə görə acıqlanmışdım. Sonra uşaq ana südünü istəmədi. Dedilər ki, evə çıxandan sonra yoxlayım, yenə istəməsə, süni qida verim. Qidanın adını da demişdilər. Uşağım indiyə qədər 4-5 dəfə ana südü içib, ya yox. Onda da doymayıb deyə, üstündən süni qida vermişəm. Ana südünü heç cür qəbul etmədi, zamanla südüm kəsildi. Mən də uşağa süni qida verməyə məcbur oldum...”

 

Bakı sakini Firuzə Əhmədli Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, uşağı dünyaya gələndən bəri süni qida ilə qidalanır. Bunun səbəbini isə həkimlərin məsuliyyətsizliyində görür.

 

Son illər süni uşaq qidalarına olan tələbat xeyli artıb. Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bəzi uşaq qidalarının tərkibində soya var. Bunun isə GMO (Genetik Modifikasiya olunmuş Orqanizm - red.) bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Bundan əlavə, bir sıra psixoloqlar uşaq qidalarının marketlərdə əl çatan yerdə saxlanılmasını məsləhət görmür. Çünki bu, qidaları görən və süd verən analara psixoloji təsir göstərir və onların südü azalır. Belə olan təqdirdə isə yalnız ana südü ilə doymayan uşaqlara bu qidalardan almaq məcburiyyəti yaranır. Ona görə də, qidanı satmağa çalışan şirkətlər marketlərin əksəriyyətində uşaq qidalarını əlçatan və diqqət cəlb edən yerlərdə düzürlər. Onların qiyməti isə 3-4 manatdan başlayıb, 120, 150 manatadək dəyişir. Qiymətlər isə gün-gündən qalxır. 

lock icon

Yazını tam oxumaq üçün