
Türkiyə Naxçıvana uçuşları dayandırıb
27 Fevral 2020
Türkiyə hökuməti Azərbaycanın Naxçıvan Muxtar Republikasına uçuşları dayandırıb. Bunu Türk Hava Yolları (THY) İdarə Heyətinin sədri İlkər Aycı deyib.
İ.Aycı bildirib ki, koronavirusun yayılması ilə əlaqədar Naxçıvana uçuşlar müvəqqəti olaraq dayandırılıb. O, Bakı və Gəncəyə uçuşların davam edəcəyini söyləyib.
İ.Aycı 250-dən çox sərnişin təyyarəsini dezinfeksiya etdiklərini də açıqlayıb.