Logo
news content
User
Kateqoriyalar

Analitika

Nazarbayev üzə çıxdı: Xalqa rusca səsləndi - VİDEO

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

Keçmiş dövlət başçısı rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.

Maraqlıdır ki, uzun müddət ortalıqda olmayan, hətta öldüyü barədə xəbərlər yayılan keçmiş dövlət rəhbəri rus dilində çıxış edib. Bundan əlavə, onun çıxışı dövlət televiziyası ilə deyil, yutub kanalında yayımlanıb.