Uolts: İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyirik
22 İyun 2026
ABŞ administrasiyası İranın neft satışından əldə etdiyi gəlirlərin necə xərclənməsinə nəzarət etməyi planlaşdırır.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "CBS" telekanalına müsahibəsində bildirib.
“Bu vəsaitlər hansısa gizli fonda deyil, bizim nəzarət edə biləcəyimiz yerlərə yönəldiləcək. Əgər pullar razılaşdırdığımız məqsədlərdən kənar istifadə olunarsa, bunu tam şəkildə dayandıra bilərik. Prezident Donald Tramp blokadanı yenidən bərpa edə bilər”, – deyə Uolts bildirib.