Kir Starmer istefa verib
22 İyun 2026
Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verib.
Bu barədə Starmer bu gün öz çıxışında bildirib.
"Məsələ bizi növbəti ümumi seçkilərə aparmaq üçün mənim ən yaxşı namizəd olub-olmamağımdır. Mən parlamentdəki partiyamın bu suala cavabını eşitdim və onu ləyaqətlə qəbul edirəm. Qəbul etdiyim bütün qərarlar sevdiyim ölkəni birinci yerə qoymaq istəyindən irəli gəlib. Məhz buna görə də istefa verəcəyəm. Bu gün səhər Kralla (III Çarlzla) danışdım və öz qərarımı ona bildirdim", - o qeyd edib.
Starmer bildirib ki, yeni liderin seçki qrafikini müəyyən etmək üçün Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsinə müraciət edəcək: "Namizədlərin qəbulu iyulun 9-da başlayacaq və parlamentin yay tətilinə qədər başa çatacaq".
O əlavə edib ki, xələfi seçilənə qədər Baş nazir vəzifəsini icra etməyə davam edəcək.
Qeyd edək ki, Starmerin problemləri Leyboristlər Partiyasının may ayında İngiltərənin bələdiyyə şuralarına, eləcə də Uels və Şotlandiya parlamentlərinə keçirilən və partiyanın 1,5 mindən çox yer itirdiyi seçkilərdəki zəif nəticələrindən sonra başladı. Bundan sonra onun bir çox partiyadaşları, o cümlədən parlament üzvləri baş naziri postunu tərk etməyə çağırıblar.