Moskva sülh müqaviləsi prosesində monopoliyanı itirib
Ekspert deyir ki, Rusiya artıq proseslərə təsir edə bilmir
07 Noyabr 2024
“Bizim Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada sabit sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Biz bundan sonra da sülh sazişinin əldə edilməsi, dövlət sərhədinin delimitasiyasi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunan üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələlərinə kömək edəcəyik”, - Putin bildirib.
Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRICS sammiti zamanı Azərbaycan və Ermənistan liderləri arasında faydalı söhbətə də diqqət çəkib. “Mən Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRICS sammitinin platformasından yararlanaraq regionda davamlı sülh və iki xalq arasında razılıq əldə edilməsi kimi fundamental məsələlər ətrafında faydalı söhbət aparmalarından məmnunluğumu ifadə etməyə bilmərəm”, - deyə o vurğulayıb.
Məlumdur ki, Azərbaycan və Ermənistan cəmiyyətlərinin əhəmiyyətli bir hissəsi, eləcə də hər iki ölkənin ekspert dairələri uzun müddətdir belə hesab edir ki, iki ölkə arasında münasibətlərin normallaşmasına həmişə Moskvanın mane olub və İkinci Qarabağ müharibəsindən sonra da eyni addımı atmaqda davam edir. Və məhz Kremlin bu pər...