Logo
news content
User
Kateqoriyalar

Analitika

İrəvanın gizli məsləhətçiləri: onlar nə istəyirlər?
Minsk qrupunun ləğvi İrəvanın xoş niyyətini göstərə bilər

Əslində, Əliyev Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağ xalqının hüquqları ilə bağlı olan bütün mövzuları ortadan qaldırmaq istəyir və bunu ultimativ şəkildə edir”. Bunu Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə keçmiş nümayəndəsi Edmon Marukyan Azərbaycan prezidentinin ATƏT-in Minsk Qrupunun buraxılması tələbini şərh edərkən deyib.

Əliyev hansı səbəbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün izləri məhv etmək istəyir? Çünki o, Dağlıq Qarabağ xalqına qarşı soyqırım törətdiyini, əsrlər boyu orada yaşamış bütöv bir xalqa qarşı etnik təmizləmə həyata keçirdiyini yaxşı bilir və başa düşür ki, onların geri qayıtmaq hüququ var, onlar bu ərazilərə iddia edə bilərlər.

Artsax xalqının çox hüququ var, beynəlxalq hüquq onların tərəfindədir. Amma Ermənistan Respublikası mövzunu bağlayıb, bu mövzuda qətiyyən heç nə müzakirə olunmur. Diqqət etmisinizsə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bono Azərbaycanın tələb etdiyi kimi Cənubi Qafqaz üzrə səfir kimi təqdim olunur və artıq ATƏT-in Minsk qrupunun həmsədri adlandırılmır. Başqa sözlə, Əliyevin tələbləri Ermənistan Respublikasında aydın şəkildə həyata keçirilir. Əslində, Əliyev Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağ xalqının hüquqları ilə bağlı olan bütün məsələləri ortadan qaldırmaq istəyir və bunu ultimativ şəkildə edir. Yəni, əgər Ermənistan tərəfi bunu etməsə, ərazi iddiaları ilə çıxış edəcəyini bildirir”, - o deyib.

Marukyan iddia edib ki, Ermənistan bütün platformalarda Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edir, o bunu Praqada deyib və guya bundan sonra Laçın “dəhlizi” bağlanıb, bundan sonra Dağlıq Qarabağ “etnik təmizləməyə” məruz qalıb. Ermənistan isə bunun müqabilində heç nə almayıb: Azərbaycan Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımaqdan, Alma-Ata bəyanatını sülh müqaviləsinə daxil etməkdən imtina edir.

Yəni, Azərbaycan Qərb platformalarında üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir. Ermənistan sadəcə olaraq bütün mümkün alətlərdən məhrum edilib. Ortada bir neçə alət qalıb - məsələn, Dağlıq Qarabağ xalqının hüquqları. Azərbaycan bu mövzunu öz əli öz əli ilə deyil, Ermənistanın əli ilə bağlayır. Ermənistana müraciət edərək deyir ki, “gəlin bu mövzunu birlikdə bağlayaq”. ATƏT-in Minsk Qrupu hazırda fəaliyyət göstərmir. Amma heç kim deyə bilməz ki, o, gələcəkdə fəaliyyət göstərəcək, ya göstərməyəcək. Bəlkə də, nə vaxtsa fəaliyyət göstərəcək. Ona görə də Əliyev Minsk Qrupunu ləğv etmək istəyir”, - Marukyan davam edib.

Marukyan vurğulayıb ki, Minsk Qrupunun bağlanması səhv olardı. Çünki Dağlıq Qarabağ ermənilərinin hüquqları var və Minsk Qrupu məhz münaqişənin həlli üçün xüsusi olaraq yaradılıb.

Erməni diplomatın kifayət qədər qarışıq bəyanatlarını necə qiymətləndirmək olar? Və, yeni şəraitdə tamamilə faydasız olan ATƏT-in Minsk Qrupunun buraxıldığını elan etməyin əsl vaxtı çatmayıbmı? Bakı və İrəvan bunu niyə birlikdə etməməlidirlər? Bu, sülh sazişinin imzalanması istiqamətində irəliyə doğru daha bir addım ola bilər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.


ATƏT-in Minsk Qrupuna gəlincə, kimsə (çox güman ki, fransızlar) açıq şəkildə ermənilərə bu formatı qoruyub saxlamağı məsləhət görür ki, “lazım gələndə, yenidən bərpa etsinlər”. Bu isə təbii ki, qarşı tərəfin məkrli niyyətini göstərir. Ona görə də, artıq 4 ilə yaxındır fəaliyyət göstərməyən Minsk Qrupunun ləğvi İrəvanın xoş niyyətini nümayiş etdirə bilər”, - deyə politoloq bildirib.

O, qeyd edib ki, sülh sazişinin mətni üzərində iş davam edir. “Təbii ki, müəyyən fikir ayrılıqları var. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan ən yüksək rəsmi səviyyədə ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasının təklif edildiyini bəyan etdi. Ona görə də, hansısa sənədlərə və sair məsələlərə istinadlar müzakirə prosesində razılaşdırılmalıdır.

Ermənistan Konstitusiyasına gəlincə, burada hər şey aydındır – bu, dövlətin ali qanunverici aktıdır və sənəddə prinsipial olaraq qəbul edilməsi mümkün olmayan məqamlar var. Ona görə də, onu dəyişdirmək lazımdır. Çünki heç bir dövlətdə heç bir beynəlxalq müqavilə konstitusiyadan yüksək qüvvəyə malik ola bilməz”, - deyə Şəfiyev yekunlaşdırıb.

Rauf Orucov