Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Prezidenti FİFA Sülh Mükafatına layiq görülüb

ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatının püşkatma mərasimi zamanı FİFA Sülh Mükafatına layiq görülüb.

Tramp mükafatı almaqdan böyük şərəf duyduğunu bildirib: "Hər kəsə təşəkkür etmək istərdim. Dünya daha təhlükəsiz yerdir".

FİFA mükafatı noyabrın 5-də elan edib. O, hər il öz sarsılmaz fədakarlığı və görkəmli nailiyyətləri ilə insanları sülh üçün bir araya gətirməyə kömək edən şəxslərə təqdim olunacaq.

2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.