ABŞ vasitəçiliyindən imtina: Vaşinqton niyə tələsir?
Ekspertlər bildirilər ki, Bakı sülh müqaviləsi danışıqlarını Tramp administrasiyası dövrünə saxlayır
08 Dekabr 2024
ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş baş tutmayıb. Görüşün baş tutmama səbəb kimi ABŞ dövlət katibi Antoni Blinkenin israrla vasitəçilik etmək istəyi göstərilib.
Rəsmi Bakı Bayden administrasiyasını Azərbaycana qarşı ədalətsiz, qərəzli siyasət yürütməkdə günahlandırır. Vaşinqtonun bu siyasətinin, xüsusilə, Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi və Qarabağda apardığı antiterror əməliyyatı keçirməsindən sonra daha da gücləndiyi bildirilir.
Bəzi yerli ekspertlər ilin sonuna sayılı günlər qalmasına baxmayaraq, ABŞ-ın israrla sülh müqaviləsinin imzalanmasına çalışmasını bu siyasətin davam hesab edirlər. Bayden administrasiyası “qollarını çırmalayıb” və yeni prezident seçilmiş Donald Trampın andiçmə mərasiminə qədər tez-bazar hansısa sənədi imzalatdırmağa çalışır.
Bəs, Azərbaycanın rəsmi Vaşinqtonun vasitəçilik təşəbbüsündən imtina etməsi nə dərəcədə doğru addımdır?
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən REAL partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, 40-45 günlük müddəti qalan ABŞ-ın indiki administrasiyasının hansısa vasitəçilikdə iştirak etməsi, hansısa dividentlər qazanması Azərbaycana o qədər sərf eləmir:
“Xatırladım ki, Trampla İlham Əliyev və Trampla Paşinyan arasında danışıqlar olub. Əlbəttə, sülh dividentlərini respublikaçılar qazanmaq istəyəcək. Ona görə də, belə bir imtinanın olması məntiqlidir və gözləniləndir. Hətta mən düşünürəm ki, Tramp administrasiyasının ilk addımlarından biri çox güman, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına təsir etmək olacaq. Çünki bu, Tramp üçün də çox yaxşı təqdimat olacaq”.
Müsahibimiz deyir ki, Trampın seçki platforması sülh quruculuğu üzərində təsis olunub: “Bunun ilk addımı kimi Azərbaycanla Ermənistan arasında sülh bağlanması ola bilər. Çünki hazırkı şəraitdə ən çox hazır olan sülh müqaviləsi də budur. Danışıqların Blinkenin iştirakı ilə olmaması anlaşılandı. Bu, ilk növbədə respublikaçıların narazılığı ilə qarşılaşa bilərdi. Respublikaçılarla hər hansı bir anlaşma varsa, Trampın andiçmə mərasimindən sonra ikitərəfli görüşlər ABŞ-nin vasitəçiliyi ilə baş tuta bilər”.
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev isə deyir ki, ABŞ da daxil olmaqla böyük dövlətlər Cənubi Qafqazda öz təsirlərini qoruyub saxlamaq istəyirlər. ABŞ-ın xarici siyasəti isə administrasiyada hansı partiyanın olmasın üzərində qurulmur:
“Vaşinqton hazırda kifayət qədər əhəmiyyətli, o cümlədən logistika baxımından əhəmiyyətli region olan Cənubi Qafqazla bağlı danışıqlarda iştirak etmək niyyətini ortaya qoyub. Amma onların bilavasitə sülh müqaviləsinə aid olmayan başqa niyyətləri də var. Əks təqdirdə, bu tələskənliyi izah etmək çətin olardı. Onu da qeyd edim ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Cənubi Qafqaza indiki qədər diqqət yetirəcəyi ehtimalı elə də yüksək deyil. Blinkenin bu tələskənliyinin səbəblərindən biri də Gürcüstandakı hadisələr ola bilər. Bütün bunlara baxmayaraq Azərbaycan və Ermənistan ikitərəfli danışıqlara üstünlük verir”.
Burla