Logo
news content

Neftdən günəşə və küləyə: Azərbaycanın yeni enerji strategiyası
“Dəyişiklik yeni həll yollarına hazır olanlar üçün fürsət yaradır” - Peter Druker

Azərbaycanın enerji sektoru neft və qaz ixracından sabit vəsait axınını təmin edərək, onilliklər ərzində iqtisadiyyatın lokomotivi olub. Amma dünya sürətlə dəyişir və qlobal enerji trendləri yeni oyun qaydaları diktə edir. Aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrinin inkişafı və neft qiymətlərinin dəyişməsi daha çox çeviklik tələb edir.

Qlobal enerji sənayesi hər keçən il karbon tullantılarının azaldılmasına daha çox diqqət yetirir və ölkələr günəş və külək enerjisinə sərmayə qoyaraq, getdikcə daha çox “yaşıl” texnologiyalar tətbiq edirlər. İqtisadiyyatında karbohidrogen ixracının əsas yer tutduğu Azərbaycan üçün bu dəyişikliklər yeni yanaşmaların axtarışını zəruri edir. Ölkədə müşahidə olunan neft hasilatının azalması və dünya bazarında neftin qiymətinin aşağı düşməsi büdcəyə ciddi təzyiqlər yarada bilər və buna görə də, gəlir mənbələrinin şaxələndirilməsi məqamını qaçırmamaq vacibdir...

Azərbaycan üçün əsas istiqamətlərdən biri bərpa olunan enerji mənbələrinin inkişafıdır. Belə bir anlayış var: günəş hamı üçün parlasa da, yalnız onun enerjisindən maksimum səmərəli istifadə edə bilənlər uduşda olacaq. Azərbaycan artıq bu istiqamətdə ilk addımları atır. Biz nəinki gələcəyi proqnozlaşdırmağa, həm də onu özümüz fəal şəkildə yaratmağa çalışırıq. Ölkəmizdə günəş və külək enerjisinin tətbiqi təkcə strategiyanın tərkib hissəsi deyil, həm də gələcək nəsillər üçün sabitliyin təminatına çevrilir.

Təmiz enerji sahəsində liderlərdən biri olmaq üçün bir neçə ardıcıl addım atılmalıdır: Birincisi, əlverişli qanunvericilik bazası yaradılmalıdır. Enerji sahəsində innovasiyaları dəstəkləyən, eləcə də bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən qanunlar hazırlamaq lazımdır. İkincisi, təmiz enerji startapları ən müasir tədqiqat mərkəzlərinə, yüksək sürətli şəbəkələrə çıxışa, günəş panelləri və ya külək turbinləri kimi texnologiyalar üçün enerji laboratoriyalarına və sınaq meydanlarına ehtiyac duyur. Üçüncüsü, insan kapitalının inkişafıdır. Texniki universitetlərdə kadrların hazırlanması, xarici mütəxəssislərin cəlb edilməsi və xarici tədqiqat mərkəzləri ilə bilik mübadiləsinə şərait yaradılması Azərbaycanın bu sahədə rəqabətə davamlı olmasına kömək edə bilər. Dördüncüsü, beynəlxalq təmiz enerji layihələrinə qoşulmaq. Avropa İttifaqının təşəbbüsləri kimi beynəlxalq layihələrdə iştirak və ya Almaniya kimi ölkələrlə əməkdaşlıq investisiya cəlb etməyə kömək edəcək. Azərbaycan yeni texnologiyaların inkişafı və tətbiqi üzrə qlobal zəncirin bir hissəsi ola bilər.

lock icon

Yazını tam oxumaq üçün