Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zurabişvili prezident iqamətgahını tərk edib, Kavelaşvili prezident kimi and içib

Gürcüstan parlamenti tərəfindən prezident seçilən Mixeil Kavelaşvili parlament binasında and içib.

Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm", - o bildirib.

O, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inauqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır.

Gürcüstan prezidentinin iqamətgahı - Orbeliani Sarayını tərk edən Salome Zurabişvili legitimliyi özü ilə aparacağını bildirib.

Bunu S.Zurabişvili keçirdiyi brifinqə bildirib.

"Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə aparıram. Xalq olmayan yerdə legitimlik yoxdur. Mən sizinlə birlikdə olacağam", - S.Zurabişvili tərəfdarları qarşısında bəyan edib.