Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskinin kölgəsi: “Damarlarımızdakı kazak qanı bizi qələbəyə aparır”

“Ukraynanın müdafiəçiləri artıq səkkizinci ildir ki, Rusiyanın təcavüzü ilə üz-üzədir. Biz mütləq ölkənin ərazisi bütövlüyünü, dövlət suverenliyini bərpa edəcəyik”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant, xalq arasında “Polad General” kimi tanınan Valeriy Zalujnı çıxışı zamanı deyib.

Generalın işlətdiyi ifadələr Ukrayna xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Biz Avropanın etibarlı qalxanına çevrildik. Damarlarımızdakı kazak qanı bizi yalnız irəli — qələbəyə aparır”, deyən Baş komandan xalqı qələbəyə ruhlandırıb.

Yeri gəlmişkən, Ukrayna mətbuatında Zalujnı barədə ukraynalıların dediyi fikirlərdən bir neçəsini təqdim edirik:

“O, tarixə düşəcək “Polad General”dır”.

“Veleriy xalqın, Zelenskinin kölgəsidir. Onun xidmətləri misilsizdir”.

“Piardan yayınır və nadir hallarda müsahibələr verir, Ukraynanın qələbəsi üçün canını fəda etməyə hazırdır”.

“Belə bir generala şərəf və şan yaraşır! Ukrayna həmişə Zalujnı kimi generalların yanında olacaq!”