Zelenski Trampla telefonla danışıb
07 Avqust 2025
Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.
“Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”.
Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: “Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, bu, həftə ərzində ölkə liderlərinin ikinci telefon danışığıdır. Onlar avqustun 5-də də danışıblar.