Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Trampın təklif etdiyi “böyük saziş”in təhlükəli ola biləcəyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı səsləndirdiyi “böyük saziş” təklifinin təhlükəli ola biləcəyini bildirib.

Zelenski bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri Trampın təklif etdiyi razılaşmanın təfərrüatlarını tam bilmədiyini, lakin onun mümkün nəticələrindən narahat olduğunu bildirib.

“Düzünü desəm, mənim üçün bu, sadə məsələ deyil və təhlükəli ola bilər”, – Zelenski qeyd edib.

O bildirib ki, hazırda müxtəlif təkliflər və danışıqlar aparılır. Zelenski Ukraynada atəşkəsin əldə olunmasını və bundan sonra gərginliyin azaldılması istiqamətində addımların atılmasını dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 5-də Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra Ukrayna ilə bağlı böyük sazişin əldə olunacağını bildirib. ABŞ Prezidenti mümkün razılaşmanın yalnız Ukraynanı deyil, bütün Avropanı əhatə edə biləcəyini söyləyib.