Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Sərnişin avtobusuna endirilən zərbənin cavabını verəcəyik

30-dan çox insanın həlak olduğu və 18 nəfərin yaralandığı Kramatorska endirilən Rusiya zərbəsi Ukrayna tərəfindən cavabsız qalmayacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Facebook"da dərc olunan paylaşımında yazıb.

Onun sözlərinə görə, Rusiya iki marşrut avtobusuna zərbə endirib.

Prezident vurğulayıb ki, alınan xəsarətlərin ağırlığı səbəbindən həlak olanların bir hissəsinin şəxsiyyətini hələ də müəyyən etmək mümkün olmayıb. Həmçinin yaşayış evləri və avtomobillər zədələnib.