Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir kənd Britaniyanın tərkibindən çıxmaq qərarına gəldi

Böyük Britaniyanın Saffolk qraflığındakı Barnem kəndinin sakinləri hökumətin yaxınlıqda miqrantlar üçün mərkəz yaratmaq planlarına etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmağa səs veriblər.

"Sky News" telekanalı xəbər verir ki, müstəqilliyin lehinə 257 sakin, əleyhinə isə 16 nəfər səs verib, daha bir bülleten etibarsız sayılıb.

Referendum simvolik xarakter daşıyıb və heç bir hüquqi qüvvəyə malik olmayıb.

Səsvermə hökumətin keçmiş Kral Hərbi Hava Qüvvələrinin Barnem bazasını 931 miqrantın yerləşdirilməsi üçün yenidən təchiz etmək planına görə keçirilib. Hakimiyyət layihə ilə bağlı hələ yekun qərar qəbul etməyib.

Qeyd edək ki, sentyabr ayında İngiltərənin Oksfordşir qraflığındakı Piddinqton kəndinin sakinləri də keçmiş hərbi bazada miqrantların yerləşdirilməsi planına etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmağa səs vermişdilər.